şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Filip Ozobiç ölkəsində bizdən danışıb

27.12.2016 11:16 Oxundu 1887

"Milliyə çağırıldığım üçün sevinirəm. Ümid edirəm ki, mənə olan etimadı doğruldacam. Dəvətə görə baş məşqçi Ante Çaçiçə təşəkkür edirəm". Bu sözləri "Qəbələ"nin xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına deyib.

F.Ozobiç söhbət əsnasında həmyerlisimillimizin baş məşqçsi Robert Prosineçki haqda da danışıb: "Prosineçki Azərbaycanın bir nömrəli ulduzu hesab edirəm. Eşitdiyimə görə, ölkə prezidenti də onunla görüşüb, uğurlarına görə təbrik edib. Bu, özü Prosineçkinin statusundan xəbər verir". O, paytaxtımız Bakını tərifləyib, hətta onu "Yeni Dubay" da adlandırıb.