27.12.2016 11:23
2211
2211
"Neftçi” PFK heyətini gücləndirib. Klub iki futbolçunu transfer edib. Yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi George Navalovski ilə müqavilə bağlanıb. Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür. George Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.