05.07.2016 22:16
1604
1604
Avstriyada təlim-məşq toplanışını yekunlaşdıran və Bakıda Çempionlar Liqasının hazırlıqlarına start verən "Qarabağ" bu gün yoxlama oyunu keçirib. Ağdam təmsilçisi ötən mövsüm Premyer Liqanın gümüş mükafatçısı "Zirə" ilə qarşılaşıb. İyulun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda "Qarabağ" 4:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "F91 Düdelanj" (Lüksemburq) saat oyunu iyulun 12-i, saat 21:00-da başlayacaq.
5 iyul
Yoxlama oyunu
21:00. "Qarabağ" - "Zirə" - 4:0
Qollar: Reynaldo, 37 (1:0), 59 (2:0), 87 (3:0), Dani Kintana, 89 (4:0)