27.12.2016 11:42
1795
1795
Rusiyanın "Ufa" klubunun baş direktoru Şamil Qazizov bildirib ki, komandanın yeni baş məşqçisinin adı dekabrın 30-də açıqlanacaq. Qeyd edək ki, bu komandaya Viktor Qonçarenko rəhbərlik edirdi. Hazırda o, OMİK-in sükanı arxasındadır. Rusiya mətbuatı bu posta "Zenit"in məşqçilər ştabında fəaliyyət göstərən Sergey Semakın gətiriləcəyin yazıb. Bununla əlaqədar ünvanlanan suala baş direktor belə cavab verib: "Biz dekabrın 30-də baş məşqçinin kimliyini bəyan edəcəyik. Gəlin, bir qədər də gözləyək. Məhz həmin tarixdə yeni baş məşqçinin adını eşidəcəksiniz".