şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Fernandu Santuş ilin ən yaxşısı oldu

27.12.2016 12:43 Oxundu 1948

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən yaxşı milli komanda məşqçilərinin adlarını açıqlayıb.

56 ölkədən olan jurnalist və idman mütəxəssislərinin iştirak etdiyi sorğunun nəticəsinə əsasən, Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş 1-ci olub. Komandası ilə "Avro-2016"nın qalibi olan Santuş 199 xal toplayıb. Lars Laqerbek (İslandiya) 2-ci, Yoahim Löv (Almaniya) 3-cü olub.

1. Fernandu Santuş (Portuqaliya) - 199 xal

2. Lars Laqerbek (İslandiya) - 71 xal

3. Yoahim Löv (Almaniya) - 62 xal

4. Kris Koulman (Uels) - 61 xal

5. Didye Deşam (Fransa) - 52 xal

6. Antonio Konte (İtaliya) - 17 xal

7. Ante Çaçiç (Xorvatiya) - 8 xal

8-9. Tite (Braziliya) - 3 xal

8-9. Mark Vilmots (Belçika) - 3 xal

10-11-12. Bernd Ştork (Macarıstan) - 1 xal

10-11-12. Adam Navalka (Polşa) - 1 xal

10-11-12. Anqelos Postekoqlu (Avstraliya) - 1 xal