27.12.2016 13:35
1848
1848
AFFA-nın və UNICEF-in dəstəyi və Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında keçirilən Beynəlxalq Əlillər Gününə həsr olunmuş futzal turnirinə yekun vurulub. Daxili İşlər Nazirliyinin idman sarayında keçirilən turnirin qalibi “Zirvə” komandası olub. "Birlik" ikinci, "Şimşək" komandası isə üçüncü yeri tutub.
Turnirin ən yaxşı oyunçusu Elşən Musayev (Ümid), ən yaxşı qapıçısı Süleyman Osmanlı (Zirvə) və ən məhsuldar oyunçusu isə Nurlan Fətullazadə seçilib.