27.12.2016 13:49
1737
1737
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Siyahıda Azərbaycandan iki məşqçinın adı yer alıb. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən həftə ilə müqayisədə 2 pillə irəliləyib. Hesabında 1361 xal olan Qurbanov cədvəldə 458-cidir.
“Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk isə 1 pillə irəliləyərək 852 xalla 642-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, siyahıya “Barselona”nın çalışdırıcısı Luis Enrike başçılıq edir. Zinəddin Zidan (“Real”) ikinci, Dieqo Simeone (“Atletiko”) isə üçüncüdür.