şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Hamza Hamzaoğlunun istefası qəbul olunmadı

27.12.2016 17:20 Oxundu 1925

Türkiyənin "Bursaspor" klubunun baş məşqçisi Hamza Hamzaoğlu ötən gün "Gənclərbirliyi" ilə oyundan (1:3) sonra istefa verib. Amma klub rəhbərliyi onun istefasını qəbul etməyib. Qeyd edək ki, 46 yaşlı mütəxəssis mövsümün əvvəlindən "Bursaspor"u çalışdırır. Onun komandası 16 turdan sonra 27 xalla 5-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, millimizin hücumçusu Dəniz Yılmaz da "Bursaspor"da çıxış edir.