27.12.2016 17:46
1884
1884
Donetskin "Şaxtyor" komandasının baş məşqçisi Paulu Fonseka gələn illə bağlı gözləntilərindən söz açıb: "Bu il mənim üçün emosiyalarla və təəssüratlarla dolu olub. Mən "Braqa" ilə Portuqaliya Kubokunu qazadım, sonra Ukraynaya gəldim. Burada hər şey başqa cür oldu: yeni heyət, yeni mühit və sairə. Mən gələn ilə böyük ümidlər bəsləyirəm. İnanıram ki, qələbələrimizin kulminasiyasını yaşayacağam. Biz nəzərdə tutduğumuz bütün titulları qazanacağıq".