cümə, 01 may 2026

BİZİM FUTBOL

Hakimlərimiz qışı Antalyada "keçirəcəklər"

27.12.2016 17:55 Oxundu 2060

Azərbaycanlı futbol hakimlərinin qış hazırlıq planı müəyyənləşib. Hakimlər yanvarın 11-də Türkiyəyə üz tutacaqlar. Yanvarın 25-dək davam edəcək toplanışda Xaqani Məmmədovun rəhbərlik etdiyi qrup Antalyada məskunlaşacaq. Toplanış müddətində hakimlərin müxtəlif oyunların idarə etməsi nəzərdə tutulub. Hazırlıq prosesinə 30 hakim cəlb olunacaq.