şənbə, 17 yanvar 2026

DİGƏR NÖVLƏR

“Sərhədçi” və “Polad” at üstündə üz-üzə gələcək

27.12.2016 18:01 Oxundu 2136

Binə Atçılıq Mərkəzinin qapalı manejində çövkən milli atüstü oyunu üzrə “Prezident Kuboku” turnirinin yarımfinal mərhələsinə yekun vurulub. Yarımfinal mərhələsinin ilk oyununda “Sərhədçi” və “Qarabağ” komandaları mübarizə aparıblar. Görüş “Sərhədçi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinalın digər görüşündə isə “Polad” komandası “Köhlən” kollektivini 5:1 hesabı ilə məğlub edib.

Dekabrın 28-də saat 15:00-da üçüncü yer uğrunda görüşdə meydana “Qarabağ” və “Köhlən” komandaları çıxacaqlar. Saat 16:00-da keçiriləcək final qarşılaşmasında isə “Sərhədçi” və “Polad” komandaları üz-üzə gələcəklər.