27.12.2016 20:48
1916
1916
“Çelsi”nin futbolçusu Eden Hazard üçün İngiltərə Premyer Liqasının 18-ci turunda “Bornmut”la görüş əlamətdar olub. Bu görüşdə penaltidən fərqlənən belçikalı yarımmüdafiəçi Premyer Liqada 50-ci qolunu vurub. Bununla da, "Çelsi" tarixində 50 və daha çox qol vuran 6-cı oyunçu olub. Londondakı "Stamford Bric" stadionunda keçirilən oyun 3:0 hesabı ilə "Çelsi"nin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bundan əvvəl Didye Droqba, Frank Lempardan, Canfranko Zola, Cimmi Floyd Hesslbeynk və Eydur Qudyonson 50 və daha çox qol vurublar.