28.12.2016 11:19
1872
1872
"Qalatasaray"ın 31 yaşlı hücumçusu Lukaş Podolski Çinin "Quançjou Everqrand" klubunun maraq dairəsinə düşüb. Sport Bild yazır ki, çinlilər buna görə futbolçuya ildə 9 milyon avro ödəməyə hazırdırlar. Transferə görə isə "Qalatasaray"a 20 milyon avro ödəməyi düşünürlər.
Qeyd edək ki, Podolskinin "Qalatarsaray"la müqaviləsi 2017/18-ci il mövsümünün sonunadəkdir. Məlumata görə, əslən alman olan hücumçu hələ bu komandada qalıb-qalmayacağını hələ müəyyənləşdirməyib.
Cari mövsümdə Lukaş Podolski "Qalatasaray"ın heyətində 12 oyunda meydana çıxıb və 6 qol vurub, 3 məhsuldar ötürmə verib.