28.12.2016 12:49
1891
1891
İngiltərə Premyer Liqasının son qalibinin - "Lester"in bu mövsüm uğursuz çıxışından sonra klub rəhbərliyi baş məşqçi Klaudio Ranyerinin heyəti gücləndirməklə bağlı təşəbbüsünü dəstəkləyib. Elə bu məqsədlə rəhbərlik qış transfer pəncərəsi üçün 30 milyon funt (təqribən 36 milyon avro) ayırıb.
Xatırladaq ki, hazırda "Lester" turnir cədvəlində 16-cı yeri tutur. Bu mövqe isə Premyer Liqanı tərk etmək zonasına yaxındır.
Bildirilir ki, "Lester" "Sportinq"dən yarımmüdafiəçi Andrien Selva, "Genk"dən Vilfred Ndidini almaq fikrindədir.