2344
Xəbər verildiyi kimi, "Sumqayıt" klubu mərkəz hücumçusu Vaqif Cavadovla müqaviləyə xitam verib. İndi futbolçu yeni klub axtarışındadır. Çox güman ki, futbolçu tezliklə özünə yeni komanda tapacaq. Çünki bu futbolçu komanda tapmaqda heç vaxt çətinlik çəkməyib.
Xatırladaq ki, Moskva SSKA-nın yetirməsi olan Vaqif Cavadov peşəkar karyersana 2007-ci ildə Ağdamın "Qarabağ" komandasında 18 yaşı olarkən başlayıb. Burada 2010-cu ilə qədər 77 oyun keçirən hücumçu 20 qol vurub. 2010-cu ildə Hollandiyanın məhşur "Tvente" klubuna trannsfer olunub. Təəssüf ki, bu komandada bir oyun belə keçirmədən "Bakı" komandasına kirayə verilib və beləliklə, onun Hollandiya karyerası başlamadan sona çatıb. Ümumilikdə, Cavadov 10 ildə 11 klubun üzvü olub. Bu klublarda üst-üstə 231 oyun keçirib (buraya Türkiyə və Rusiyanın aşağı liqalarında keçirilən oyunlar da daxildir) və 52 qola imza atıb. Orta məhsuldarlıq hər oyuna 0.23 qoldur. Bundan başqa hücumçu Azərbaycan milli komandasının tərkibində 57 oyuna çıxıb və 9 qol vurub. Burada orta məhsuldarlıq hər iyun üçün 0.16 qoldur. Ümumiyyətlə, Vaqif 11 illik karyerası ərzində 288 oyunda forma geyib və 61 qola imza atıb. Hücümçu orta hesabla hər oyunda 0.21 qol vurub.