28.12.2016 16:27
1852
1852
"Neftçi"nin Antalyadakı təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə gələcəyi 4 komanda artıq məlumdur. Belə ki, yanvarın 4-də Türkiyəyə yollanacaq bakılılar ilk oyunlarını ayın 8-də yerli "Sivasspor" klubuna qarşı keçirəcəklər (Bu haqda Türkiyə klubunun saytı məlumat yayıb). Baş məşqçi Elxan Abdullayev ayın 15-də "Kukesi" (Albaniya), bir gün sonra isə "Tosno" (Rusiya) ilə görüşdə yetirmələrini sınayacaq. Komanda Antalyada daha bir qarşılaşmasını yanvarın 19-da Rusiya Premyer Liqa təmsilçisi "Terek"ə qarşı keçirəcək.
Qeyd edək ki, yanvarın 21-dək Türkiyədə toplanışda olacaq "Neftçi"nin 5-ci rəqibinin kimliyi hələ müəyyənləşməyib.