şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Kimmix sabiq məşqçisindən razılıq etdi

28.12.2016 17:05 Oxundu 1946

Münhen "Bavariya"sının yarımmüdafiəçisi Kimmix sabiq baş məşqçisi Xosep Qvardiolaya minnətdarlıq edib. O bildirib ki, hazırda "Mançester Siti"də çalışan ispan mütəxəssisin onun potensialının üzə çıxmasında böyük əməyi olub:"Qvardiola mənə potensialımın inkişafı üçün şans verdi. O, məndən yeni keyfiyyətlər gözləməklə buna nail oldu. Mənim onunla iş prosesində futbola yeni baxış bucağım formalaşdı".

Qeyd edək ki, cari mövsümdə Kimmix Bundesliqada keçirdiyi oyunlarda 4 qol vurub və bir məhsuldar ötürmə verib.