1894
Rusiya yığmasının və "Krasnodar"ın hücumçusu Fyodor Smolov ötən yaydakı olayları xatırlayıb: "Yayda Çindən mənə bir təklif gəldi. Deyəsən, "Şanxay Şenxua"dan. Fantastik bir təklif idi. Amma mən əsla düşünmədən etiraz etdim. Çünki mənim məqsədim var, ona doğru gedirəm. İstəyirəm ki, ona nail olum. Üç ildən sonra özümü harada görürəm? Mən özümü Avropanın (İngiltərə, İtaliya, Almaniya və ya İspaniya) top-klublarının çempionatlarında görürəm. Yene deyir.m: çünki qarşıma məqsəd qoymuşam, ona doğru da gedirəm.
Qeyd edək ki, Rusiya Futbol İttifaqı, Rusiya Peşəkar Futbol Liqası və "Sport ekpress" qəzetinin məşqçilər, menecerlər, jurnalistlər və azarkeşlər arasında apardığı sorğuya əsasən, milli komandanın və "Krasnodar"ın hücumçusu Fyodor Smolov Rusiyada 2016-cı ilin ən yaxşı oyunçusu müəyyələşib.