şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona"da qalmaq istərdim..."

29.12.2016 06:38 Oxundu 1859

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta bildirib ki, karyerasını hazırda olduğu komandada bitirmək istəyir: "İndi mən karyeramı bitirmək barədə düşünmürəm. Vaxtı çatanda elə "Barselona"da da karyeramı bitirəcəyəm. Bu, mənim çoxdankı arzusudur. Belə bir komandanın heyətində çıxış etməyə başlayanda karyeran barədə düşünmürsən. Amma zaman keçdikcə ümid etməyə başlayırsan ki, nə vaxtsa bu klubun oyunçusu kimi futboldan gedəcəksən. Mənim məqsədim "Barselona"da uğur qazanmaq idi. Mürəkkəb məqamlar olub. Hətta mən 10 dəqiqə oynamaqla özümü xoşbəxt sanmışam. Bütün bunlar mənə burada çox şeyə nail olmağa imkan verib. Daha düşünmürəm ki, karyeram bitirdikdən sonra nə ilə məşğul olacağam. Amma dəqiq bilirəm ki, futbolla bağlı olacağam. Əlbəttə, "Barselona"da qalmaq istərdim, amma bunu zaman göstərəcək".