şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Anxel Di Mariya karyerasını Çində davam etdirə bilər

29.12.2016 07:03 Oxundu 1803

Futbol üzrə Argentina milli komandasının və Fransanın “PSJ” klubunun yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını Çində davam etdirə bilər. Çin klublarından biri argentinalını qış fasiləsində heyətinə cəlb etmək istəyir. Belə ki, əgər keçid baş tutsa, “PSJ” klubu bu transferdən 60 milyon avro qazana bilər.

Xatırladaq ki, 2015-ci ildən Paris klubunda çıxış edən Anxel Di Mariya keçirdiyi 43 matçda rəqib qapılarına 11 dəfə yol tapıb.