şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Simeone “Atletiko”nu çalışdıracaq"

29.12.2016 07:21 Oxundu 1680

İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu yaxınlarda argentinalı mütəxəssis gələcəkdə “İnter”i çalışdıracağını açıqlamışdı. Məhz bundan sonra həm İspaniya, həm də İtaliya mətbuatında Simeonenin yayda Milan klubunun baş məşqçisi təyin olunacağı haqda xəbərlər yayıldı.

Lakin Madrid klubunun prezidenti Gil Marin açıqlamasında yayılan xəbərləri təkzib edib: “Simeonenin müqaviləsi 2018-ci ilin yayında bitir. O, həm bu, həm də gələn mövsüm “Atletiko”nu çalışdıracaq. Simeone artıq 5 ildir ki, bizimlə birgə çalışır. Biz əməkdaşlıqdan məmnunuq”.