29.12.2016 07:57
1734
1734
"Barselona"nın baş məşqçisi Luis Enrike hələ də klubla müqaviləsinin müddətini artırmağa tələsmir. Halbuki 46 yaşlı mütəxəssisin müqaviləsi iyunun 30-dək nəzərdə tutulub. O, hələ də fikirləşir.
Qərb mətbuatının verdiyi məlumata görə, əgər Enrike "Barselona"nı tərk etsə, onda kataloniyalıların sükanı arxasına "Atletika"nın baş məşqçisi Ernesto Valverde keçə bilər.
Qeyd edək ki, Valverde 1988-ci ildən 1990-ci ilədək "Barselona"nın heyətində çıxış edib.