şənbə, 17 yanvar 2026

VOLEYBOL

Lüksemburqda qüvvələrini sınayıblar

29.12.2016 11:19 Oxundu 2524

Yeni ilə həsr olunmuş beynəlxalq turnirdə iştirak etmək üçün Lüksemburqda olan kişi voleybolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirib. Azərbaycan millisi Lüksemburq yığması ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş məşqçi Fərid Cəlilovun rəhbərlik etdiyi komanda beynəlxalq turnir çərçivəsində dekabrın 30-da İslandiya, bir gün sonra Lüksemburq, yanvarın 1-də isə Almaniya millisi ilə qarşılaşacaq.