şənbə, 17 yanvar 2026

ŞAHMAT

Şəhriyar 10 xalla 4-cü oldu

29.12.2016 12:01 Oxundu 2285

Qətərin paytaxtı Dohada şahmatın rapid növü üzrə dünya çempionatı başa çatıb. 15 turdan ibarət olan bu mötəbər yarışda Azərbaycanı təmsilçilərindən ən yüksək nəticəni Şəhriyar Məmmədyarov göstərib. O, 10 xalla 4-cü yeri tutub.

Dünya çempionu adını isə ukraynalı Vasili İvançuk qazanıb. Rusiya şahmatçısı Aleksandr Qrişşuk 2-ci, norveçli Maqnus Karlsen isə 3-cü olub. Qeyd edək ki, mükafatçıların hər biri 11 xal toplayıb və yerlər əlavə göstəricilərə əsasən müəyyənləşib.

Çempionatdakı digər təmsilçilərimiz - Rauf Məmmədov 8,5 xalla 27-ci, Teymur Rəcəbov 8 xalla 36-cı, Arkadi Naydiç 8 xalla 45-ci, Sərxan Həşimov isə 6 xalla 88-ci olub.