şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Usman Dembele - ayın futbolçusu

29.12.2016 12:13 Oxundu 2009

"Borussiya" Dortmundun hücumçusu, mali əsilli 19 yaşlı fransız futbolçusu Usman Dembele dekabrı ayı üzrə Almaniya çempionatının ən yaxşı oyunçusu seçilib. Hücumçu bununla bağlı keçirilən sorğuda azarkeşlərin 47% səsini toplayıb. Ayın ən yaxşı futbolçusuna digər namizədlər - Tyaqo Alkantara 25%, Robert Levandovski 23% , Sandro Vaqner 5%-lə kifayətləniblər. Bu ay Dembele iki qola və iki məhsuldar ötürməyə imza atıb.