şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Real"a qayıtmaq istəyirəm"

29.12.2016 12:55 Oxundu 1890

Madrid "Real"ının hazırda Almaniyanın "Volsburq" komandasında icarə əsasında çıxış edən hücumçusu Borxa Mayoral öz fəaliyyəti və Bundesliqanın oyunları ilə bağlı fikirlərini bölüşüb: "Burada keçirdiyim yarım ildən razıyam. Əvvəlcə, bu komandada çalışmaq mənə çətin gəldi. Amma indi demək olar ki, mühitə adaptasiya olmuşam. Çox şadam ki, məşqçi mənə şans verir. Onu da deyim ki, Bundesliqa çox rəqabətli çempionatdır. Məni təəccübləndirən sevdiyi komandasının udub-uduzmağından asılı olmayaraq stadionların həmişə azarkeşlərlə dolu olmasıdır. Amma mən "Real"a qayıtmaq istərdim. Hələ uşaqlıqdan "Real" sevimli komandam olub və yalnız bu klubda oynamağı arzulamışam. Zinəddin Zidan Almaniya klubunda çalışmağımı və təcrübə toplamağımı məsləhət gördü. Mən ona həmişə minnətdar olacağam, çünki o mənə inandı. Bu məndə çox şeyə nail ola biləcəyimə də inam yaratdı".