şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Basketbolunun varidatı 1,2 milyard dollar dəyərləndirilib

29.12.2016 17:08 Oxundu 1857

Dünyanın ən zəngin 20 məşhurunun siyahısı açıqlanıb. Məşhur “Forbes” jurnalının tərtib etdiyi cədvəldə 3 idman adamı da yer alıb. Bunlardan biri basketbolçu, ikisi isə qolfçudu. Amerika basketbolunun əfsanəsi Maykl Cordan siyahının 4-cü pilləsində qərarlaşıb. Onun varidatı 1,2 milyard dollar dəyərləndirilib. Dünya qolfunun tanınmış siması olan Tayqer Vuds 740 milyon dollara malikdi. O, ən varlılar arasında 7-cidi. Digər qolfçu Fil Mikelson Vuds 11 pillə geri qalır. Onun 375 milyon sərvəti var. Qeyd edək ki, siyahıya Corc Lukas başçılıq edir. O, 4,6 milyard dollara sahibdi.