şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

“Lester” - ilin ən yaxşı komandası

29.12.2016 17:17 Oxundu 1703

Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) “Lester”i 2016-cı ilin ən yaxşı komandası seçiblər. Xəbərə görə, İngiltərə klubu 20.71 faiz səs yığaraq Portuqaliya millisi (15.39 faiz) və “Real”ı (11.2 faiz) qabaqlayaraq birinci olub.

İlin idman hadisəsi isə “Rio-2016” Yay Olimpiya Oyunları (25.13 faiz) və yüngül atletika üzrə Avropa çempionatını (12.39 faiz) geridə qoyan futbol üzrə Avropa çempionatı (28.13 faiz) olub.

Səsvermədə dünyanın 110 ölkəsini təmsil edən jurnalistlər iştirak edib.