29.12.2016 17:27
2642
2642
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Eldar Əliyev qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının qrup mərhələsi çərçivəsində keçiriləcək “Vakıfbank” (Türkiyə) - “Drezdner” (Almaniya) oyununun baş hakimi olacaq.
Gələn il yanvarın 25-də İstanbulda təşkil olunacaq oyunda E.Əliyevə fransalı Lyuk Kvest kömək edəcək.