şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

"Almeyda yığmamızın formasını geyinəcək”

29.12.2016 20:06 Oxundu 1798

"Qarabağ"ın futbolçusu Riçard Almeyda gələn ildən Azərbaycan millisində oynaya bilər”. Bunu "qafqazinfo.az"a açıqlamasında AFFA-nın baş katibi Elxan Mәmmәdov deyib.O, yanvarda braziliyalı yarımmüdafiəçi ilə görüş olacağını bildirib: “Bildiyiniz kimi, Almeyda artıq 4 il yarımdır ki, Azərbaycandadır. Gələn ilin iyununda onun ölkəmizdə 5 ili tamam olacaq. Yanvardakı görüş zamanı Riçarda millimizdə oynamağı təklif edəcəyik. Əgər razılıq əldə olunsa, Almeyda iyun ayından etibarən Azərbaycan yığmasının formasını geyinəcək”.

Elxan Məmmədov onu da qeyd edib ki, Almeyda ilə ilkin razılıq əldə olunub.