şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Çin klubu Ronaldoya da elçi düşübmüş

30.12.2016 07:38 Oxundu 1806

"Real"ın hücumçusu Kriştianu Ronaldonun agenti Jorje Mendeş bildirib ki, Ronaldo da Çin klublarından birinin maraq dairəsində olub. Hətta bu transferin baş tutacağı təqdirdə klub "Real"a 300 milyon avro, futbolçunun özünə isə ildə 100 milyon avro verməyə hazır olduğunu bildirib: "Lakin pul hər şeyi həll etmir. "Real" Ronaldonun həyatının mənasıdır".

Xatırladaq ki, portuqaliyalı futbolçu bu yaxınlarda İspaniya klubu ilə 2021-ci ilə qədər müqavilə müddətini uzadıb.