şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

"Barselona" hələ də Srnanın qərarını gözləyir

30.12.2016 08:07 Oxundu 1921

"Barselona" "Şaxtyor" komandasının kapitanı, 34 yaşlı Dario Srnaya ilyarımlıq müqavilə təklif edib. Kataloniya klubu azad agent kimi xorvatiyalı müdafiəçi ilə gələn ilin yanvarında müqavilə imzalamağa hazırdır və onun qərarını gözləyir.

Qeyd edək ki, bir müddət əvvəl "Şaxtyor"un prezidenti Rinat Axmetov onun "Barselona"ya transferinin ödənişsiz həyata keçirməyə hazır olduğunu bildirmişdir.

Qeyd edək ki, "Barselona" Dani Alveşin gedişindən sonra müdafiənin sağında yaranan boşluğu məhz 34 yaşlı futbolçu ilə doldurmaq niyyətindədi.

Onu da xatırladaq ki, 2003-cü ildə "Şaxtyor"a transfer olunan futbolçu komandanın heyətində bir çox uğurlar qazanıb.