şənbə, 17 yanvar 2026

BİZİM FUTBOL

Zdenek Folprext - "Neftçi"nin 3-cü transferi

30.12.2016 10:32 Oxundu 2631

"Neftçi” PFK heyətini daha bir futbolçu ilə gücləndirib. 25 yaşlı çexiyalı yarımmüdafiəçi Zdenek Folprext icarə əsasında mövsümün sonunadək komandanın formasını geyinəcək. Sonuncu klubu Çexiya "Slovan”ı (Liberets) olmuş 25 yaşlı futbolçu indiyədək "Sparta” (Praqa), "Viktoriya” (Jijkov), "Zbroyovka” (Brno) klublarında çıxış edib. Çexiya U-19 və U-21 yığma komandasının sabiq üzvü "Neftçi”nin düşərgəsinə Türkiyədəki təlim-məşq toplanışı zamanı qoşulacaq.

Qeyd edək ki, “Neftçi” bundan öncə “Qarabağ”dan Namiq Ələsgərov və Yunanıstanın “Veria” klubundan Georgi Navalovskini heyətinə qatıb.