1926
"Liverpul"un və "Atletiko"nun sabiq futbolçusu, hazırda Argentinanın "Nyuels Old Boyz" komandasında çıxış edən Maksi Rodriges bildirib ki, mənsub olduğu klubun azarkeşləri Messinin vətənə qayıtmasını arzulayırlar: "Biz Messi ilə əlaqə saxlayırıq. Onun doğma komandasına -"Nyuels Old Boyz"a qayıdışına gəldikdə isə... Azarkeşlər onun qayıtmağını arzulayırlar. Bu, onların arzusudur. Amma bu qərarı qəbul etmək heç də asan deyil".
Qeyd edək ki, Messi doğma şəhəri Rosariodakı "Nyuels Old Boyz" klubunda da çıxış edib. Və burada o, komandanın ulduzuna çevrilib. Sonradan Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyulub. Lakin burada onun müalicəsinə vəsait ayıra olmayıb. Onun oyunundan xəbərdar olan "Barselona"nın idman direktoru Karles Reksaç Messini İspaniyaya dəvət edib və onun müalicə xərclərini üzərinə götürüb. Messi və atası qeyd edilən vaxtda Barselonaya köçüb və Messi klubun gənclər akademiyasına daxil olub.