30.12.2016 11:41
2021
2021
Braziliya yığmasının sabiq müdafiəçisi Jilberto hesab edir ki, Neymar perspektivli futbolçudur və komanda yoldaşlarını - Lionel Messi Kriştianu Ronaldonu üstələyə bilər: "Neymar dünyanın ən yaxşı oyunçularından biridir. İndi o, Ronaldo və Messidən geridədir, yalnız ona görə ki, Avropada bu yaxınlarda çıxış edir. Amma mən əminəm ki, yaxın iki ildə Neymar öz nailiyyətləri ilə onları ötüb keçəcək".
Qeyd edək ki, Neymar cari mövsümdə Barselonanın heyətində 18 rəsmi matçda iştirak edib, 6 qol vurub və 14 məhsuldar ötürmə verib.