çərşənbə, 21 yanvar 2026

BİZİM FUTBOL

Avropa Liqasında I təsnifat mərhələsinin ilk qalibləri müəyyənləşib

05.07.2016 22:22 Oxundu 1507

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk qalibləri müəyyənləşib. Bu mərhələnin cavab oyunlarına Maltada start verilib. Azərbaycanlı FİFA hakimi Rəhim Həsənovun başçılıq etdiyi briqadanın idarə etdiyi qarşılaşmada “Birkirkara” “Şiroki Briyeq”i qəbul edib. Səfərdə qollu heç-heçəyə nail olan maltalılar evdə də qalib gələrək, növbəti mərhələyə yüksəlib. "Çixura” isə səfərdəki minimalhesablı qələbənin üstünlüyündən yararlana bilməyib. Gürcülər evdə "Zimbru"ya 2:3 hesabı ilə yenilərək, Avroliqa ilə erkən vidalaşıblar. “Sent Patriks” isə şansı əldən verməyib. İrlandiyalılar Lüksemburq təmsilçisi “Jeness”ə səfərdə uduzsa da (1:2), evdəki 1:0 hesablı qalibiyyət köməyinə çatıb. Qeyd edək ki, mərhələnin digər 44 oyunu qarşıdakı iki gün ərzində keçiriləcək.

I təsnifat mərhələsi, cavab oyunları

5 iyul

“Birkirkara” (Malta) - “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - 2:0

Qollar: Dimitrov, 29, Markoviç, 72 (öz qapısına)

İlk oyun – 1:1

“Çixura” (Gürcüstan) - “Zimbru” (Moldova) - 2:3

Qollar: İvanişvili, 13, Kakubava, 55 - Emerson, 45+3, 90+3, Jardan, 61

İlk oyun – 1:0

“Jeness” (Lüksemburq) - “Sent Patriks” (İrlandiya) - 2:1

Qollar: Stamp, 22, 87 - Deney, 73

İlk oyun – 0:1