şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Zlatan İbrahimoviç trionu belə dəyərləndirdi

30.12.2016 12:09 Oxundu 1899

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç Ronaldo Luis Nazario de Lima, Ronaldinyo və Kriştianu Ronaldo ilə bağlı fikirlərini bölüşüb. O həmçinin bu triodan kimin daha güclü olduğuna da aydınlıq gətirib: "Fikrimcə, ən yaxşı fenomen Ronaldo Luis Nazario de Limadır. Ronaldo futbolumuzun təcəssümüdür. Onun oyunu heyranlıq doğururdu. Heç kim onun kimi ola bilməz. Onun misli yox idi. Onun oyunu məşqlərin nəticəsi deyildi, o, futbolçu kimi doğulmuşdu. Belə futbolçu olmaq üçün dünyaya futbolçu kimi gəlmək lazımdır. Ronaldinyoya gəldikdə, mən onunla birlikdə "Milan"da çıxış etmişəm. Onda onun karyerasının yaxşı dönəmi deyildi. Amma onunla birgə çıxış etmək mənə xoş gəlirdi. O, qeyri-adi saç düzümü ilə, driblinqləri ilə, ona qarşı oynayanlarla uşaq kimi rəftar edirdi. Kriştianu Ronaldo ilə isə mən çıxış etməmişəm. Amma onu deyə bilərəm ki, o, məşqləri sayəsində irəli gedir. Ona görə də onun oyunu təbii deyil".