2007
"Arsenal"ın baş məşqçisi Arsen Venger hazırda İngiltərə çempionatında liderlik edən "Çelsi"dən söz açıb: "Hazırda "Çelsi" Premyer Liqanın favoritidir. Onlar rəqiblərindən xal fərqi ilə bir qədər uzaqlaşıblar. İngiltərədə deyildiyi kimi, amma bu onları məhv edə bilər. Onlar titul uğrunda mübarizədə uduza da bilərlər. Qarşıda hələ çox uzun yol var. "Çelsi" öz problemlərini həll edib. Konte komandada balans yaradıb. Onlar Luisi almaqla müdafiə xəttini stabilləşdirdilər".
"Topçular"ın baş məşqçisi Premyer Liqada yeni rekordun müəyyən edilməsinin mümkünlüyünü də vurğulayıb. Qeyd edək ki, "Çelsi" ardıcıl 12 qələbə qazanıb. "Arsenal"ın tarixində isə belə ardıcıl qələbələrin sayı 14-dür. Venger deyib: "Əgər "Çelsi" bu rekordu qırsa, bizə yalnız onları təbrik etmək qalır. Bilirsinizmi, rekordlar yenilənmək üçündür".