30.12.2016 15:48
1906
1906
"Qəbələ" klubunun 48 yaşlı sabiq baş məşqçisi Dorinel Muntyanu İraqın "Zaxo" komandası ilə anlaşıb. Rumıniyalı baş məşqçi sonradan daha 1 il artırıla bilməsi şərti ilə 6 aylıq müqavilə imzalayıb. D.Muntyanunun bu klubda qazancı 100 min dollar olacaq.
Qeyd edək ki, Dorinel Muntyanu 2014-cü ilin iyununda "Qəbələ" ilə bir illik müqavilə imzalasa da, 5 aydan sonra əməkdaşlığa xitam verilib.