30.12.2016 16:12
1878
1878
"Çelsi"nin baş məşqçisi Antonio Konte qış transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir. Mənbənin məlumatına görə, italiyalı mütəxəssis hücum xəttində Londonun "Suonsi" komandasının forvardı Fernando Lorenteni görmək istəyir. Cari mövsümdə çempionatda 16 oyun keçirmiş Lorente 6 qol vurub. Onun komandası ilə müqaviləsi 2018-ci ilədək nəzərdə tutulub..