31.12.2016 06:46
2203
2203
"Valensiya" baş məşqçisi Çezare Prandellini istefaya göndərib. Baş məşqçi vəzifəsinə müvəqqəti olaraq Voro yerinə yetirəcək.
Qeyd edək ki, Ç.Prandelli oktyabrdan "Valensiya"nı çalışdırırdı. Onun baş məşqçilik etdiyi komandaya La Liqada 8 oyundan cəmi 1-ində qələbə qazanıb. Əlavə edək ki, "Valensiya" 12 xalla turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.