31.12.2016 07:24
1838
1838
"Atletiko" Madridin baş məşqçisi Dieqo Simeone jurnalistlərin suallarına cavab verərkən gələcək karyerasına aydınlıq gətirib. Argentinalı mütəxəssis vurğulayıb ki, cari mövsümün sonundak başqa komandaya rəhbərlik etmək niyyətində deyil. O: "Yox, mən "Atletiko"nu tərk etməyəcəyəm", - deyib.
Qeyd edək ki, son günlər İspaniya mətbuatı onun gələcək taleyini dəfələrlə gündəmə gətirib. Məlumat üçün bildirək ki, bir neçə klub, xüsusilə "İnter" onunla çalışmağa can atır.