31.12.2016 07:40
1906
1906
Fransa yığmasının sabiq qapıçısı Fabyen Bartez FİFA-nın rəsmi saytında "Real"ın baş məşqçisinə münasibət bildirib. O deyib: "Zidan futbolu yaxşı bilir. O, meydanda komandanın lideri olanda da oyunun taleyini necə həll etməyi bacarırdı. İndi onun uğurlarından danışırlar. Amma məsələ bunda deyil. Ona ulduzlar göydən düşməyib ki... Uğur üçün imkanlar axtarmaq lazımdır. Bu imkanları tapdıqda isə onları reallaşdırmağa can atmaq vacibdir. Bu mənada Zidan futbolçuları bir araya necə gətirməyi bilir - budur onun uğuru"