31.12.2016 15:01
1943
1943
Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Lüksemburqda keçirilən “Novotel Cup 2017”də ilk oyununu keçirib. Millimiz İslandiya yığması ilə qarşılaşıb. Fərid Cəlalovun rəhbərliyi altında voleybolçularımız 3:1 hesabı ilə qalib gəliblər (25:21, 21:25, 25:16, 25:9).
Yığmamızın növbəti rəqibləri meydan sahibləri olacaq.