31.12.2016 15:13
1865
1865
"Neftçi” PFK SSRİ çempionatının bürünc medallarının qazanılmasının 50 illiyi münasibətilə veteran futbolçu Nikolay Boqdanovu təbrik edib. Komandanın qapıçısı Maksim Vaylo Ukraynada yaşayan veteran futbolçu ilə görüşərək, ona xatirə hədiyyəsini təqdim edib.
Xatırladaq ki, "Neftçi” 1966-cı ildə SSRİ çempionatını 3-cü pillədə başa vurmuşdu. Hazırda Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda baş tutmuş həlledici görüşdə komandamız Moskva "Spartak”ını 3:0 hesabı ilə məğlub etmişdi.