şənbə, 17 yanvar 2026

DÜNYA FUTBOLU

Frank de Bur "Suonsi"yə rəhbərlik etməkdən imtina edib

31.12.2016 16:27 Oxundu 1888

"Ayaks"ın və "İnter"in sabiq baş məşqçisi Frank de Bur "Suonsi Siti" rəhbərliyinin təklifindən imtina edib. Qeyd edək ki, rəhbərlik komandasının baş məşqçisi Bob Bredlinin istefasından sonra hollandiyalı mütəxəssisi həmin posta dəvət etmişdi. Məlumat üçün bildirək ki, Frank de Burun sonuncu iş yeri "İnter" olub. "İnter"in sükanı arxasında 3 aydan az olan məşqçi bu ilin noyabr ayında klubu tərk edib.

"Suonsi Siti" isə Bredlə bu ilin dekabr ayının 27-də yollarını ayırıb. Hazırda bu komanda turnir cədvəlinin zirzəmisində - 20-ci yerdə qərarlaşır.