31.12.2016 17:06
2119
2119
Almaniyanın “Formula 1” yarışları üzrə məşhur pilotu Mixael Şumaxerin tibbi hesabı 14 milyon avro həddinə yaxınlaşır. Məlumata görə, həftəlik müalicə kursu M. Şumaxerə 115 min avroya başa gəlir. Pilot üç il ərzində sağlamlığının bərpasına 13,8 milyon avro xərcləyib. Xatırladaq ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizək trasında ciddi kəllə-beyin travması almışdı. O, 2014-cü ilin sentyabrından İsveçrədəki villasında bərpa prosesi keçirir. M. Şumaxer 7 qat dünya çempionudur.