31.12.2016 17:53
6499
6499
Kolumbiyada baş verən dəhşətli təyyarə qəzasından sağ çıxan Braziliyanın "Şapekoense" klubunun 27 yaşlı futbolçusu Alan Ruşel dostunun təşkil etdiyi yoldaşlıq matçına qatılıb. Matçda topa ilk zərbəni Ruşel vurub. Həmin matçın vəsaiti həlak olanların ailələrinin hesablarına köçürülüb.Qeyd edək ki, "Şapekoense"ni Kolumbiyaya aparan təyyarə Medelyin şəhərində qəzaya uğramışdı. Qəza nəticəsində təyyarədə olan 81 nəfərdən 77-si dünyasını dəyişmişdi