1901
"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo İngiltərə çempionatının 19-ci turu çərçivəsində "Midlsbro" (2:1) üzərindəki ev qələbəsini şərh edib. Qeyd edək ki, həmin oyunun 85-ci dəqiqəsinə qədər Mourinyonun komandası 0:1 hesabı ilə uduzurdu. Matçın 85 və 86-ci dəqiqələrində vurulan qollar "Mançester Yunayted"ə 3 xal qazandırıb.
O deyib: "Oyunçularım fenomenal oyunu keçirdi. Biz bütün fanatlarımızı özümüzə qoşa bildik. Son 15 dəqiqədə 70 min azarkeş sanki oyunçularla birgə "Midlsbro"nun 11 oyunçusuna qarşı oynadı. İbrahimoviçin qolunu niyə hesaba alınmadığını isə yalnız cənab hakim Li Meyson özü bilər. Hakim həmin epizodda səhvə yol verdi".
Qeyd edək ki, bu, "Mançester Yunayted"in cari mövsümdə 5-ci ardıcıl qələbəsidir.
İngiltərə Premyer Liqası, 19-cu tur
31 dekabr
Manchester United - Middlesbrough - 2:1
Marsial 85, Poqba 87 - Qrant Lidbitter 67