01.01.2017 08:55
1852
1852
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola dünən səfərdə "Liverpul"la keçirdikləri oyunda 0:1 hesablı məğlubiyyəti ilə bağlı danışıb: "Biz bərabər səviyyədə keçən matçda məğlub olduq. Birinci hissədə çox qol epizodları yarada bilmədik. Bu sözləri "Liverpol"a da şamil etmək olar. İkinci hissənin ilk 10 dəqiqəsində rəqib daha yaxşı təsir bağışladı. Bundan sonra oyun bir qədər dəyişdi: topa nəzarət bizdə oldu, qol vurmaq imkanlarımız oldu, amma bu heç nəyə gətirib çıxarmadı.
Qeyd edək ki, Liverpul - "Mançester Siti" matçında vurulan yeganə qolun müəllifi Veynaldum olub. O qolu 8-ci dəqiqədə vurub.